AZ

Netanyahu: “Biz ABŞ ilə birlikdə İran rejimini darmadağın etdik”

İsrailin Baş naziri Benyamin Netanyahu bölgədəki hərbi-siyasi vəziyyətlə bağlı dünyada əks-səda doğuracaq açıqlamalar verib.

NOCOMMENT.az xəbər verir ki, Netanyahu İsrail və ABŞ-ın birgə addımları nəticəsində İranın mövcud hakimiyyətinin tamamilə sarsıldığını elan edib.

Baş nazir İsrailin azad dünyanın ön cəbhəsində dayandığını vurğulayaraq bildirib: “İsrail ABŞ ilə birlikdə azad dünyanın ön sıralarındadır. Biz birlikdə İrandakı cinayətkar rejimi təməllərinə qədər sarsıtdıq və darmadağın etdik. Bu riyakar rejim nüvə partlayışları törətməyə, bizi məhv etmək üçün on minlərlə ölümcül ballistik raket hazırlamağa can atırdı.”

Netanyahu qeyd edib ki, Tehran illərdir “atəş halqası” strategiyası ilə terrorçu qruplaşmaları maliyyələşdirərək İsraili boğmağa çalışıb: “Onlar elə düşünürdülər ki, xaos toxumu səpərək bu şəkildə davam edə biləcəklər. Lakin bunun sonu gəldi. Qərbi ekzistensial təhlükə kimi qələmə verən, bütün qitələrdə fanatik ideologiya yayan bir sistemin hökmranlığına son qoyuldu.”

Ekspertlər Netanyahunun bu çıxışını İranın regional təsir imkanlarının minimuma enməsinin və Qərbin bölgədəki hərbi üstünlüyünün rəsmi təsdiqi kimi qiymətləndirirlər. Bu bəyanat Yaxın Şərqdə yeni bir dövrün – “İrandan sonrakı mərhələnin” başladığına işarədir.

Sara,
NOCOMMENT.az

Seçilən
31
nocomment.az

1Mənbələr