AZ

Qubaya 3 metr hündürlüyündə qar yağdı VİDEO

ain.az, Lent az portalına istinadən məlumat verir.

Quba rayonunun dağlıq ərazilərinə qar yağıb.

Lent.az xəbər verir ki, Xınalıq kəndi ərazisində qarın hündürlüyü hazırda 10 santimetrə çatır.

Bildirilib ki, son günlər yağan qar Susay-Xınalıq avtomobil yolu boyunca maraqlı mənzərə yaradıb. Yolun Susay və Qalaxudat kəndləri istiqamətində bəzi çökək hissələrində qarın hündürlüyü 3 metrə qədər yüksəlib.

Qar kütləsi texnika vasitəsilə yolun hərəkət hissəsindən təmizlənsə də, yol kənarlarında hündür “qar divarları” formalaşıb. Bu mənzərə bəzi ərazilərdə bir kilometrədək məsafədə müşahidə olunur.

Hazırda yolda nəqliyyatın hərəkəti təmin olunsa da, ərazidə hava şəraiti dəyişkən olaraq qalır.

https://t.me/lent_az/71256

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
45
7
lent.az

8Mənbələr