AZ

Avtomobilin vurduğu 55 yaşlı kişi öldü

Lent az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Zaqatalada avtomobilin vurduğu 55 yaşlı kişi ölüb.

Lent.az-ın məlumatına görə, hadisə axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində baş verib.

Belə ki, 1971-ci il təvəllüdlü rayonun Aşağı Tala kənd sakini İmdad Sarı oğlu İsmayılovu avtomobil vurub.

Hadisə zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan İ. İsmayılov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq İ. İsmayılovu xilas etmək mümkün olmayıb və o  xəstəxanaya daxil olduqdan bir qədər sonra dünyasını dəyişib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
lent.az

1Mənbələr