AZ

Karluş Keyruşun yeni iş yeri məlum oldu – RƏSMİ

Qana millisinin baş məşqçisinin adına aydınlıq gəlib.

Msport.az xəbər verir ki, bu barədə yerli futbol federasiyasının rəsmi saytı məlumat yayıb.

Qana DÇ-2026-ya Karluş Keyruşun rəhbərliyi altında yollanacaq.

Portuqaliyalı mütəxəssis Qətər, İran, Misir, Kolumbiya, Portuqaliya, CAR, BƏƏ və Oman millilərini çalışdırıb.

O, “Real”, “Mançester Yunayted” (köməkçi kimi), “Sportinq” kimi klublarda işləyib.

Qana millisi DÇ-2026-nın qrup mərhələsində Xorvatiya, İngiltərə və Panama komandaları ilə mübarizə aparacaq.

Seçilən
28
msport.az

1Mənbələr