BAKI, 13 aprel. TELEQRAF
ABŞ İranla bağlı məsələni həll etdikdən sonra diqqətini Kubaya yönəldə bilər.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
"Biz bu məsələni (İranı) həll edəcəyik. Bundan sonra isə Kubaya nəzər sala bilərik", - deyə o qeyd edib.
Tramp əlavə edib ki, Kuba uzun illər davam edən zəif idarəçilik səbəbindən geriləmə yaşayır.