AZ

“Memfis” üçxallıq atışlara görə MBA rekordunu təkrarladı

Aprelin 7-də “Memfis” evdə “Klivlend”ə uduzdu - 126:142.

Meydan sahibləri 29 üçxallıq atış reallaşdırmaqla bir oyun üçün MBA rekordunu təkrarladı. “Qrizzlis”in 9 oyunçusu ən azı bir üçxallıq atış yerinə yetirdi. Bu komandanın üçxallıq atışlarından 49,2 faizi (59-dan 29-u) hədəfə çatdı.

İndiyə qədər üçxallıq atışların sayına görə MBA rekordunu “Miluoki” ilə “Boston” bölüşürdü. “Baks” 2020-ci ilin dekabrında “Mayami” ilə oyunda (144:97) 29 üçxallıq atış reallaşdırmış, “Seltiks” isə 2024-cü ilin oktyabrında – “Nyu-York”la oyunda (132:109) rekordu təkrarlamışdı.

Bu arada “Çikaqo” basketbol əməliyyatları üzrə icraçı vitse-prezident Arturas Karnişovasla baş menecer Mark Everslinin qovulduğunu elan edib. Karnişovas və Eversli 2020/21 mövsümünün startı ərəfəsində işə başlamışdı. “Çikaqo” Karnişovasın rəhbərliyi altında yalnız bir dəfə - 2021/22 mövsümündə pley-offa adlaya bilib. Onda “öküzlər” elə ilk mərhələdə “Miluoki”yə uduzmuşdu.

Cari mövsümdə 30 qələbəsi və 49 məğlubiyyəti olan “Çikaqo” Şərq konfransında 12-ci pillədə qərarlaşıb. Komanda ardıcıl 4-cü mövsüm pley-offda olmayacaq. ESPN-in məlumatına görə, bütün uğursuzluqlara baxmayaraq, “Çikaqo”da hələ də baş məşqçi Billi Donovanı yüksək dəyərləndirirlər. O, 2020-ci ilin aprelindən komandanın “sükanı arxasındadı”. 2025/26 mövsümü başa çatandan sonra rəhbərlik Donovanla bir daha danışmaq fikrindədi.

7 aprel
Orlando – Detroyt 123:107 (30:28, 39:27, 29:21, 25:31)
Atlanta – Nyu-York 105:108 (31:32, 26:21, 22:28, 26:27)
Memfis – Klivlend 126:142 (36:24, 28:44, 26:33, 36:41)
San-Antonio – Filadelfiya 76 115:102 (29:28, 33:27, 30:30, 23:17)
Denver – Portlend 137:132 OT (31:35, 27:37, 29:29, 38:24, 12:7)

8 aprel
Vaşinqton – Çikaqo 98:129 (18:38, 19:28, 26:34, 35:29)
Boston – Şarlott 113:102 (20:31, 35:30, 35:26, 23:15)
Bruklin – Miluoki 96:90 (30:29, 19:14, 21:19, 26:28)
Toronto – Mayami 121:95 (32:27, 32:24, 30:25, 27:19)
İndiana – Minnesota 104:124 (27:35, 26:28, 24:39, 27:22)
Nyu-Orlean – Yuta 156:137 (24:34, 37:35, 50:27, 45:41)
Qolden Steyt – Sakramento 110:105 (25:26, 41:27, 19:28, 25:24)
Klippers – Dallas 116:103 (39:26, 26:29, 24:29, 27:19)
Leykers – Oklahoma-Siti 87:123 (27:34, 20:31, 15:28, 25:30)
Finiks – Hyuston 105:119 (37:21, 20:33, 27:27, 21:38)

9 aprel
Klivlend – Atlanta 122:116 (33:29, 27:28, 44:20, 18:29)
Orlando – Minnesota 132:120 (34:32, 29:21, 38:30, 31:37)
Detroyt – Miluoki 137:111 (34:28, 41:29, 37:29, 25:25)
San-Antonio – Portlend 122:101 (32:23, 29:28, 27:22, 24:28)
Denver – Memfis 136:119 (37:33, 31:39, 39:22, 29:25)
Klippers – Oklahoma-Siti 110:128 (23:34, 26:35, 31:25, 30:344)
Finiks – Dallas 112:107 (33:29, 28:24, 27:27, 24:27)

Seçilən
17
2
football-plus.az

3Mənbələr