Pilotsuz Sistem Qüvvələrinin komandanı Robert "Madyar" Brovdi Voloqda vilayətinin Çerepovets şəhərindəki Rusiyanın "FosAqro" kimya zavoduna endirilən zərbəni təsdiqləyib.
Qaziler.az bildirir ki, RBC-Ukrayna Madyarın Telegramdakı mesajına istinadən xəbər verir.
Brovdinin sözlərinə görə, bu, ammonyak, ammonium nitrat və azot turşusu istehsal edən böyük bir müəssisədir.
"Məhsullar trotil, heksogen və sursat istehsalında digər komponentlərin istehsalı üçün xammal olaraq "xidmət edir"", - o , əlavə edib.
Aprelin 13-ü gecəsi Rusiyanın Çerepovets şəhərindəki "FosAqro" qrupuna daxil olan "Apatit" zavodunun yerləşdiyi sənaye zonasına dronlar hücum edib.
Hücumdan sonra obyektdə yanğın baş verdi. Regional hakimiyyət orqanları rəsmi olaraq yalnız dronların vurulduğunu bildirdi, obyektin dağıdılmasından isə bəhs etməyib.
QAZİLER.AZ