AZ

Ukrayna və Avropa ölkələri birgə HHM sisteminin yaradılmasını müzakirə edəcək

Bakı. Trend:

Ukrayna Avropa tərəfdaşları ilə birlikdə hava hücumundan müdafiə(HHM) sisteminin yaradılması üzrə danışıqlara hazırlaşır.

Trend xəbər verir ki, bubarədə "RBK-Ukrayna" Prezident Ofisinə istinadən məlumat yayıb.

"Artıq bu həftə avropalı tərəfdaşlarımızla görüşümüz olacaq.Səmanın birgə müdafiə sisteminin qurulması məsələsi müzakirəediləcək", - deyə o bildirib.

Zelenski vurğulayıb ki, Ukraynanın Avropanın təhlükəsizliksisteminə inteqrasiyası strateji seçimdir.

Onun sözlərinə görə, Ukrayna hava təhdidlərinə, xüsusiləkamikadze dronlarına qarşı mübarizədə böyük təcrübə toplayıb və busahədə əldə olunan nailiyyətləri tərəfdaşları ilə bölüşməyəhazırdır.

Seçilən
43
az.trend.az

1Mənbələr