AZ

Krauç “Qızıl top”a layiq görülən hücumçunun adını açıqladı

İngiltərə millisinin sabiq futbolçusu Piter Krauç 2026-cı ildə “Qızıl top” mükafatına layiq görülə biləcək oyunçunun adını açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, o, həmyerlisi, “Bavariya” klubunun hücumçusu Harri Keyni bu nüfuzlu mükafata əsas namizəd hesab etdiyini bildirib.

Krauçun fikrincə, Keyn inanılmaz qol göstəricilərinə görə “Qızıl top”a layiqdir: “Keyn 40 oyunda 49 qol vurub. Bu, inanılmaz göstəricidir. Deyə bilərsiniz ki, Almaniya çempionatı o qədər də güclü deyil, amma mən “Bavariya”nın Madriddə “Real”ı necə darmadağın etdiyini görmüşəm”.

Xatırladaq ki, 2025-ci ildə “Qızıl top” mükafatının sahibi Fransanın PSJ klubunun vingeri Usman Dembele olub.

Seçilən
35
90deqiqe.az

1Mənbələr