Paris, 13 aprel, AZƏRTAC
Fransa və Böyük Britaniya Hörmüz boğazındakı böhrana həll yolu tapmağa çalışır.
AZƏRTAC xəbər verir ki, Prezident Emmanuel Makron yaxın günlərdə Fransa-Britaniya konfransının keçiriləcəyini açıqlayıb. Konfransın məqsədi Hörmüz boğazında gəmilərin hərəkət azadlığını bərpa etmək üçün çoxmillətli sülh missiyası yaratmaqdır.
“Bu missiya tam müdafiə xarakterli olacaq və döyüşən tərəflərdən fərqli olaraq fəaliyyət göstərəcək, vəziyyət imkan verdikcə də həyata keçiriləcək”, – deyə Makron X platformasında bildirib.
Makron Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə görüşüb. Fransa Prezidenti diplomatiya yolu ilə Yaxın Şərqdəki konfliktin sürətli, möhkəm və davamlı həllinə nail olmaq üçün hər cür səylərin göstərilməsini və bölgəyə hər kəsin təhlükəsiz və sülh içində yaşaya biləcəyi möhkəm çərçivə gətirilməsini vacib sayıb.