AZ

“Liverpul” “Hoffenhaym”ın hücumçusu ilə müqavilə imzalamaq istəyir

Almaniyanın “Hoffenhaym” klubu hücumçusu Bazuman Tureni İngiltərənin “Liverpul” klubuna satmağa hazır olduğunu açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Sky Sport Germany” nəşri klubun idman direktoru Andreas Şikerə istinadən məlumat yayıb.

Bildirilib ki, konkret məbləğ açıqlanmasa da, “Hoffenhaym” yalnız klub tarixində rekord olacaq çox yüksək məbləğ qarşılığında transferə razılaşacaq.

Komandanın indiyə qədər ən böyük satışı 2019-cu ildə Cuelintonun “Nyukasl” klubuna 43,5 milyon avroya transferi olub.

20 yaşlı Ture Bundesliqada 25 oyunda 3 qol vurub, 11 məhsuldar ötürmə edib. Onun “Hoffenhaym”la müqaviləsi 2029-cu ilə qədər qüvvədədir və müqavilədə sərbəstqalma məbləği nəzərdə tutulmayıb.

Seçilən
51
90deqiqe.az

1Mənbələr