“Real”ın sabiq futbolçusu Marselo keçmiş komanda yoldaşı Kriştiano Ronaldonun az diqqət çəkən xüsusiyyətlərindən bəhs edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı sabiq müdafiəçi, portuqaliyalı hücumçunun ən böyük keyfiyyətlərinin təkcə qol vurmaq və peşəkarlıq deyil, həm də güclü liderlik və futbol zəkası olduğunu bildirib:
“Ronaldo matçlardan əvvəl komanda yoldaşlarına taktiki göstərişlər verir, oyunu idarə etməyə çalışırdı. Bu cəhət azarkeşlər tərəfindən çox vaxt görünmür”.
Ronaldo 2009-2018-ci illərdə “Real”ın heyətində çıxış edib. O hazırda karyerasını Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda davam etdirir.