AZ

Binəqədidə ANTİSANİTARİYA: Yaşayış massivində acınacaqlı vəziyyət – VİDEO

Bakının Binəqədi rayonunda antisanitar vəziyyət ciddi narahatlıq yaradıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Qeyd olunur ki, sözügedən ərazi maklerlərin intensiv şəkildə mənzil tikib satışa çıxardığı yerlərdən biridir. Ətrafda hətta hotel də fəaliyyət göstərir, lakin buna baxmayaraq, burada antisanitariya hökm sürür. Tullantıların vaxtında daşınmaması, ətraf mühitin çirklənməsi və ümumi baxımsızlıq gündəlik həyatı çətinləşdirir.

Problem uzun müddətdir davam etsə də, aidiyyəti qurumlar tərəfindən yetərli tədbirlər görülmür.

Sorğuya cavab olaraq Binəqədi Rayonu İcra Hakimiyyətindən bildirildi ki, həmin ərazi Binəqədi qəsəbəsinin Aşırım küçəsidir.

“Ərazidə müvafiq tədbirlər görüləcək. Gələcəkdə belə bir problem olmaması üçün müvafiq qurumlara müraciət olunub”, – deyə məlumatda edilir./Oxu.Az/

Seçilən
42
nocomment.az

1Mənbələr