AZ

Premyer Liqanı tərk etməyə yaxın olan iki klubun “radar”ındadır

“Barselona”nın yarımmüdafiəçisi Mark Kasado İngiltərə Premyer Liqasının iki klubu tərəfindən yaxından izlənilir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçunun xidmətində London təmsilçiləri – “Tottenhem” və “Vest Hem” maraqlıdır.

Ancaq hər iki klub oyunçu uğrunda yalnız Premyer Liqada qalacaqları təqdirdə mübarizə apara biləcək.

Kasado “Barselona”dan ayrılmağa hazırdır. Buna səbəb onun baş məşqçi Hans-Diter Flikin planlarına daxil olmamasıdır.

İspaniyalı futbolçunun daha əvvəl karyerasını Səudiyyə Ərəbistanında davam etdirə biləcəyi də iddia olunurdu.

“Tottenhem” hazırda Premyer Liqada turnir cədvəlinin 18-ci, “Vest Hem” isə 17-ci pilləsində qərarlaşıb.

Seçilən
16
sportinfo.az

1Mənbələr