Yaxın Şərqdə hərbi gərginlik kritik həddə çatıb.
KONKRET.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin “Abraham Lincoln” aviadaşıyıcısı Oman körfəzi sularına daxil olaraq İran sahillərinə rekord dərəcədə yaxınlaşıb.
“BBC”nin peyk məlumatlarına istinadən yaydığı xəbərə görə, nəhəng aviadaşıyıcı hazırda İran sahillərindən cəmi 200 kilometr cənubda lövbər salıb.
Bu, ABŞ-ın İranda başlatdığı hərbi əməliyyat dövründə Amerika aviadaşıyıcısının Fars körfəzi və ətraf sulara ən yaxın məsafədə yerləşməsi kimi qiymətləndirilir.
Məlumata görə, “Abraham Lincoln” tək deyil. Aviadaşıyıcının zərbə qrupuna iki raket esminesi də daxildir. Bu hərbi yerdəyişmə ABŞ-ın Hörmüz boğazını blokadada saxlamaq və İranın regional manevr imkanlarını tamamilə məhdudlaşdırmaq planının bir hissəsi hesab olunur.
Natiq Səlim,
KONKRET.az