AZ

Halil Atlı: “Bir iki sadə səhv nəticəyə təsir etdi”

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

“Rəqibi təbrik edirəm. Oyun boyu yaxşı mübarizə apardılar. Ümumiyyətlə, hər iki komanda yaxşı çıxış etdi. Həm onların, həm bizim axsadığımız məqamlar oldu”.

İdman.Biz bildirir ki, bu sözləri “Gəncə” basketbol klubunun baş məşqçisi Halil Atlı “Ordu” ilə oyundan sonra deyib.

Matç 108:106 “Ordu”nun xeyrinə qurtarıb.

“Bu, bizim cari mövcümdə uzatmalara gedən ikinci belə matçımızdır. Səfərdə əlavə hissələr oynamaq asan deyil. Komandamız mübarizəni buraxmadı. Möhtəşəm oynadıq. Amma bir-iki sadə səhv nəticəyə təsir etdi. Diqqətimi çəkən şeylərdən biri “field goals”da rəqibimizdən 21 top daha çox yararlanmağımızdır. Buna baxmayaraq oyunu uduzduq. Harada yanlış etdiyimizin təhlilini aparıb ikinci oyuna hazırlaşacağıq. Atış faizinin aşağı olması istər-istəməz bizi yaraladı. Belə olan halda səfərdə bu cür rəqibə qarşı qalib gəlmək asan görünməsin. Səhvlərimizi düzəldərək evdə qələbə qazanıb seriyanı davam etdirmək istəyirik”, - Atlı bildirib.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
icma.az

1Mənbələr