"Səfərdə əlavə hissələr oynamaq asan deyil".

Offsideplus.az xəbər verir ki, bunu "Ordu" ilə matçdan sonra "Gəncə"nin baş məşqçisi Halil Atlı deyib.

O, məğlub olduqları matç barədə bunları da söyləyib:

"Rəqibi təbrik edirəm, sona qədər yaxşı mübarizə apardılar. Basketbolçularıma da təşəkkür edirəm, çünki səfərdə uzatmalara gedən oyunda xarakter göstərdilər. Möhtəşəm oynasaq da, bir neçə sadə səhv və aşağı atış faizi nəticəyə təsir etdi. Maraqlıdır ki, rəqibdən 21 dəfə çox hücum şansı yaxalasaq da, qalib gələ bilmədik. Səhvlərimizi təhlil edib, ev oyununda qələbə qazanaraq seriyanı davam etdirməyə çalışacağıq".

Qeyd edək ki, "Gəncə" pley-off seriyasının ilk matçında "Ordu"ya 104:107 hesabı ilə məğlub olub. Tərəflər arasındakı ikinci matç aprelin 16-da baş tutacaq.