ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Avstraliyada 13 yaşlı qız 74 gün ərzində 109 cinayət törədib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, onu buna sövq edən cinayətləri sosial şəbəkələrdə paylaşmaqla daha çox "layk" yığmaq istəyi olub.
Adı açıqlanmayan qız artıq həbs edilib və hətta dünən məhkəmə qarşısına çıxarılıb. Ona 109 müxtəlif cinayətlə bağlı ittiham irəli sürülüb.
Bu cinayətlərin bir çoxu avtomobil oğurluğu və həmin avtomobilləri insanların üzərinə sürərək onların həyatlarına qəsd etməkdən ibarətdir.
Bundan başqa, müttəhim bir neçə dəfə yəhudilərin ictimai yerlərdə üvnanına təhqiramiz ifadələr işlədib.
Qeyd edək ki, qız demək olar ki, bütün cinayətlərin videosunu sosial şəbəkələrə yerləşdirib. Polis də məhz bu videolar sayəsində onu müəyyənləşdirə bilib.
L.Tağıyeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.