AZ

Qaradağda tikiliyə edilən əlavə artırma narazılıq yaratdı – Video

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Müsəvi küçəsində tikiliyə edilən əlavə artırmalar sakinlərin narazılığına səbəb olub.

Tribuna.az-a bu barədə məlumat verən sakinlər bildirib ki, son illər Qaradağ rayonunda qanunsuz tikililərin, tikililərə edilən əlavələrin sayı durmadan artır. Hazırda sakinlərin narazılığına səbəb olan tikinti də Lökbatan qəsəbəsinin Müsəvi küçəsinda aparılır. Sözügedən küçə Qaradağ rayonunun əsas yaşayış və infrastruktur məntəqələrindən biridir.
Sakinlər bildirib ki, kor-koranə, nizam-intizamsız aparılan bu cür tikintilərə indi də əlavə artırmalar edilir. Halbuki bu cür artırmalar layihədən kənar hesab edildiyi üçün qanunsuz hesab edilir. Uzun müddətdir ki, fəaliyyət göstərən obyektin üstünə indi edilən artırma da layihədən kənardır.
Çünki əlavə mərtəbənin tikintisi üçün təkrar təsdiq lazımdır. Əgər bu təsdiq yoxdursa, icazəsiz artırma qanunsuz tikinti hesab edilir. Bu da qanun pozuntusudur.
Sakinlər bildirib ki, bu cür tikintilər Qaradağ rayonunda son illər daha da artıb. İcazəsiz tikililər və onlara edilən əlavələr sakinləri narahat edir və bununla bağlı aidiyyəti oqanların addım atmasını tələb edilər.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul

Seçilən
25
1
tribunainfo.az

2Mənbələr