Çin yaxın həftələrdə İrana yeni hava hücumundan müdafiə silahları verəcək. Tribuna.az xəbər verir ki, bu məlumatı “NBC News” kanalı yayıb.
Bildirilir ki, ABŞ kəşfiyyat hesabatlarında Çinin yaxın həftələrdə İrana yeni hava hücumundan müdafiə silahları vermək niyyətində olduğu göstərilir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bununla bağlı Çinə xəbərdarlıq da edib. “Əgər Çin bunu edərsə, böyük problemlərlə üzləşəcək”.
Fərda Uğur