Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İngiltərə Premyer Liqasının 32-ci turunun “Mançester Yunayted” və “Lids Yunayted” komandaları arasında oyunu başa çatıb. Komandalar İngiltərənin Mançester şəhərindəki “Old Trafford” stadionunda qarşılaşıblar.
Qonaqlar 2:1 hesablı qələbəni qeyd ediblər.
Beşinci dəqiqədə “Lids”in hücumçusu Noah Okafor hesabı açıb. Okafor 29-cu dəqiqədə ikinci qolunu vurub. 56-cı dəqiqədə “Yunayted”in müdafiəçisi Lisandro Martinez birbaşa qırmızı vərəqə alıb. Braziliyalı Kazemiro 69-cu dəqiqədə bir cavab qolu vurub.
“Mançester Yunayted” 55 xalla Premyer Liqa turnir cədvəlində üçüncüdür. “Lids” 36 xalla 15-ci yerdədir.
İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.