AZ

Dünyanın diqqəti Bakıda: Azərbaycan regionun güc balansını dəyişən vacib oyunçuya çevrilir

"ABŞ, İsrail və İran arasında hərbi qarşıdurma geniş münaqişəyə çevrildikcə Azərbaycan enerji axınlarını, logistika dəhlizlərini və regiondakı güc balansını dəyişən strateji baxımdan vacib, lakin dəyəri yetəri qədər bilinməyən oyunçuya çevrilir".

Publika.az xəbər verir ki, bu barədə "The National Interest" nəşrində dərc edilən məqalədə bəhs edilir.

Bildirilir ki, regiondakı münaqişə ənənəvi enerji marşrutlarını pozub və dünya bazarlarını alternativ tədarükçülər və tranzit yolları axtarmağa məcbur edib. Nəticədə mərkəzi Azərbaycan olan Xəzər hövzəsi nisbətən sabit neft və qaz mənbəyi kimi daha da əhəmiyyətli hala gəlib.

Məqalədə vurğulanır ki, Azərbaycanın rolu enerji tədarükü ilə məhdudlaşmır:

"Son həftələrdə Bakı heç də az vacib olmayan funksiyanı - İrana logistika və humanitar forpost rolunu üzərinə götürüb ki, bu da vasitəçiliyə gətirib çıxara bilər. 2026-cı il martın 10-da Azərbaycan ilk humanitar yardım partiyasını - təxminən 30 ton - İrana göndərib. Martın 18-də isə 82 tonluq ikinci partiya aparılıb. Əsasən ərzaq, dərman və tibbi avadanlıqdan ibarət olan bu tədarüklər quru yolu ilə, Astara vasitəsilə İranın Xəzər sahilindəki əyalətlərinə göndərilib.

Seçilən
30
publika.az

1Mənbələr