AZ

ABŞ Sakit okeanda 2 qayığa hücum etdi 5 nəfər həlak oldu

ain.az bildirir, 525.az portalına istinadən.

ABŞ ordusu Karib dənizi və Sakit okeanın şərqində narkotik ticarəti ilə məşğul olduğu iddia edilən qayığlara qarşı silsilə hücumlarını davam etdirir.

525.az xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı (SOUTHCOM) açıqlama yayıb.

Qeyd olunub ki, SOUTHCOM komandiri general Fransis L.Donovanın rəhbərliyi altında "Cənub nizəsi" əməliyyatını həyata keçirən müştərək əməliyyat qrupu Sakit okeanın şərqində narkotik maddə daşıdığı müəyyən olunan iki qayığa hücum edib.

“Əldə edilən kəşfiyyat məlumatı bu gəmilərin Şərqi Sakit okeandakı məlum narkotik ticarəti marşrutlarında üzdüyünü və qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olduğunu təsdiqləyib”, - deyə açıqlamada vurğulanıb.

Hücum zaman 5 narko-terrorçu öldürülüb.

Əməliyyat zamanı ABŞ hərbçilərindən zərər görən olmayıb.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
56
18
525.az

10Mənbələr