AZ

Ata oğlunu iki il mikroavtobusda qapalı saxladı Fransada dəhşətli olay

ain.az, 525.az saytına istinadən bildirir.

Fransada yaşanan dəhşətli olay bütün ölkədə geniş əks-səda doğurub.

525.az “Associated Press”ə istinadən xəbər verir ki, Fransanın şərqindəki Haqenbax kəndində 9 yaşlı uşaq 2024-cü ildən etibarən atası tərəfindən mikroavtobusda qapalı vəziyyətdə tapılıb.

Yerli prokuror Nikolas Heitzin sözlərinə görə, bazar ertəsi qonşulardan biri mikroavtobusdan "uşaq səsləri" eşitdiyi ilə bağlı polisə müraciət edib.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları maşını açdıqda, uşağı çılpaq və zibillərin arasında tapıblar.

Dərhal uşaq xəstəxanaya aparılıb, atası isə həbs edilib.

Uşaq uzun müddətdir oturaq vəziyyətdə saxlandığı üçün yeriməkdə çətinlik çəkib. O, həmçinin bildirib ki, 2024-cü ildən yuyunmayıb.

Prokurorluğun məlumatına görə, ata bildirib ki, 2024-cü ilin noyabrında rəfiqəsi onun oğlunu psixiatriya xəstəxanasına göndərmək istəyib. Ata da övladını qorumaq üçün onu mikroavtobusda qapadıb. Bununla belə, səlahiyyətlilər uşağın hər hansı psixiatrik problemi olmadığını və məktəbdə uğurlu şagird kimi tanındığını bəyan ediblər.

Azyaşlı atasının sevgilisi ilə ciddi problemləri olduğunu deyib.

Atanın sevgilisi isə uşağın mikroavtobusda saxlandığından xəbərsiz olduğunu iddia edib. Lakin o, “təhlükə altında olan uşağa kömək etməmək” ittihamı ilə məhkəmə nəzarətinə verilib.

Bu arada, uşağın 12 yaşlı bacısı və atanın rəfiqəsinin 10 yaşlı qızı da sosial xidmətin himayəsi altına alınıb.

Prokurorluq hadisədən başqa şəxslərin xəbərdar olub-olmamasını da araşdırır. Ailə və yaxın ətrafının uşağın psixiatriya müəssisəsində olduğuna inandığı, müəllimlərə isə onun başqa məktəbə köçürüldüyü bildirilib.

İbrahim Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
49
525.az

1Mənbələr