AZ

Lavrov Əraqçi ilə söhbətdə silahlı qarşıdurmanın təkrarlanmamasının vacibliyini vurğulayıb

BAKI, 14 aprel. TELEQRAF

Rusiya xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığında silahlı qarşıdurmanın yenidən baş verməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər regiondakı vəziyyət və mövcud gərginlik fonunda qarşıdurmanın dərinləşməsinin qarşısının alınmasının əhəmiyyətini qeyd ediblər.

Qeyd olunur ki, diplomatik səylərin artırılması və vəziyyətin sabitləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Seçilən
36
teleqraf.com

1Mənbələr