Türkiyə futbolunda bomba təsiri yaradacaq xəbərlər yayılmağa başlayıb.

Offsideplus.az xəbər verir ki, mövsümün sonuna yaxınlaşdıqca "Qalatasaray" rəhbərliyinin həm daxili, həm də xarici arenada böyük addımlar atmağa hazırlaşdığı iddia olunur.

​52 yaşlı mütəxəssis Okan Burukun bu mövsümün sonunda "Sarı-qırmızılılar"dan ayrılacağı gözlənilir. "Qalatasaray" ilə ardıcıl uğurlara imza atan məşqçiyə qarşı maraq kifayət qədər böyükdür:  

​"Premyer Liqa" və "A Seriyası" klublarının türk mütəxəssisi yaxından izlədiyi bildirilir.

​Xüsusilə İtaliyanın "Latsio" və İngiltərənin "Tottenhem" klublarının adı Okan Burukla hallanır.

​Burukun "İnter"də keçirdiyi illərdən qalan italyan dili biliyi onun Avropaya adaptasiyasını asanlaşdıran əsas amillərdən biri kimi göstərilir.

​Okan Burukdan boşalacaq yer üçün "Qalatasaray"ın hədəfində dünya şöhrətli Yurgen Kloppun olduğu iddia edilir. Məlumata görə, İstanbul təmsilçisi artıq alman məşqçinin menecerləri ilə ilkin danışıqlara başlayıb.

​Kloppun qayıdışı reallaşacaq?

​"Liverpul"dan ayrıldıqdan sonra bir müddət dincələcəyini deyən və hazırda "Red Bull" şirkətində qlobal futbol direktoru kimi çalışan Kloppun yenidən məşqçiliyə qayıdıb-qayıtmayacağı maraq mövzusudur.

"Qalatasaray"ın bu transfer üçün bütün maliyyə və layihə imkanlarını səfərbər etdiyi deyilir.

​Əgər bu keçid baş tutarsa, bu, nəinki Türkiyə, eləcə də dünya futbol tarixinin ən səs-küylü təyinatlarından biri olacaq.