AZ

Trampın süni intellektlə hazırlanmış görüntüsü tənqidlərə səbəb olub - FOTO

BAKI, 14 aprel. TELEQRAF

ABŞ prezidenti Donald Trampın özünü dini fiqura bənzər formada təqdim edən süni intellektlə hazırlanmış görüntüsü geniş müzakirələrə və tənqidlərə səbəb olub.

Teleqraf xəbər verir ki, görüntü Trampın “Truth Social” platformasında paylaşmasından sonra həm ictimaiyyətdə, həm də onun bəzi tərəfdarları arasında narazılıq doğurub.

Məlumata görə, paylaşımda Tramp ağ libasda, xəstə olduğu ehtimal edilən şəxsin başına əl qoyaraq onu sağaldan obrazda təsvir edilib. Daha sonra bu paylaşım silinib.

Qeyd olunur ki, hadisə Tramp ilə Roma Papası Leo arasında yaranmış gərginlik fonunda baş verib. Papa isə Tramp administrasiyasından qorxmadığını və mövqeyini ifadə etməyə davam edəcəyini bildirib.

Məlumata görə, bəzi dini dairələr bu görüntünü uyğun olmayan addım kimi qiymətləndirib və Trampı tənqid ediblər.

Tramp isə iddiaları rədd edərək bildirib ki, görüntü onun dini fiqur kimi təqdim edilməsi məqsədi daşımayıb və sadəcə “insanları sağaldan həkim obrazı” kimi nəzərdə tutulub.

Seçilən
48
teleqraf.com

1Mənbələr