AZ

Yamal Lebronun fotosunu buna görə seçibmiş

“Barselona”nın oyunçusu Lamin Yamal profil şəkli kimi “Los Anceles Leykers”in hücumçusu Lebron Ceymsin NBA Çempionluq Kubokunu əlində tutduğu şəkli seçməsinin səbəbini izah edib.

Publika.az xəbər verir ki, Lebron həmin şəkli “Klivlend”lə NBA çempionu olarkən qazandığı kubokla çəkdirib. Həmin vaxt “Klivlend” final seriyasında 1:3 hesabı ilə geridə olsa da, sonda 4:3 hesabı ilə qalib gəlməyi bacarmışdı.

“Barselona” Çempionlar Liqasının 1/4 finalının ilk oyununda “Atletiko Madrid”ə 0:2 hesabı ilə məğlub olub. Cavab matçı bu gün Madriddə keçiriləcək.

“Mundo Deportivo” Yamalın sözlərini sitat gətirib: “Lebron bu oyun üçün mənə ilham verə biləcək fiqurlardan biridir, ona görə də onu seçdim. Onun necə geri dönüş etdiyini düşünürdüm və ümid edirəm ki, mən də eyni şeyi edə bilərəm. Komandada çoxlu oyunçu var və mən onlardan biriyəm, tək deyiləm”.

Seçilən
20
publika.az

1Mənbələr