
Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 14-də Pekinə rəsmi səfərə gəlib.
Məlumata görə, səfər mürəkkəb beynəlxalq şərait fonunda baş tutur. “İzvestiya”nın müxbiri Viktor Sineok bildirib ki, qlobal proseslər sürətlə dəyişir və hətta Moskva–Pekin reysi zamanı belə vəziyyətdə yeni dəyişikliklər baş verib.
Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya əsasən, Lavrov Çində həmkarı Wang Yi ilə danışıqlar aparacaq. Görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Bundan əlavə, tərəflərin Ukrayna böhranı və Yaxın Şərqdəki vəziyyət də daxil olmaqla aktual beynəlxalq mövzular ətrafında geniş fikir mübadiləsi aparacağı gözlənilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta