AZ

Hindistan internet senzurasını gücləndirməyə hazırlaşır

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Hindistanda qanunvericilikdə dəyişikliklər müzakirə olunur ki, bu da dövlətin onlayn məzmuna nəzarətini xeyli sərtləşdirə və söz azadlığını məhdudlaşdıra bilər. Son həftələrdə Hindistan hakimiyyəti “hüquqi tələblərə əsasən” sosial şəbəkə hesablarını və paylaşımları bloklamağı gücləndirib.

Bizimyol.info xəbər verir ki, "France 24" verdiyi məlumata görə, bloklamaların səbəbləri barədə rəsmi açıqlamalar verilmir.

Məhdudiyyətlər yalnız jurnalistlər və fəalları deyil, həm də hökuməti tənqid edən satiriklər, karikaturistlər və mem müəlliflərini əhatə edir.

2026-cı il 30 mart tarixində Elektronika və İnformasiya Texnologiyaları Nazirliyi 2021-ci il İnformasiya Texnologiyaları Qanununa dəyişikliklər təqdim edib. Dəyişikliklərə əsasən, onlayn məzmunun bloklanması və silinməsi səlahiyyətləri bir neçə nazirliyə – müdafiə, daxili işlər, xarici işlər və informasiya və tele-radio yayımı nazirliklərinə veriləcək. Əvvəllər bu funksiyalar əsasən sonuncuya məxsus idi.

Hüquq müdafiəçiləri bildirirlər ki, bu tədbirlər senzuranı sürətləndirəcək və şəffaflığı azaldacaq.

Ən mübahisəli maddələrdən biri məzmunun silinməsi üçün platformalara verilən müddətin qısaldılmasıdır. Yeni qaydaya görə, bu müddət cəmi 2-3 saatdır, əvvəl isə 36 saat nəzərdə tutulurdu. Belə qısa müddət sosial şəbəkələri məzmunu yoxlamadan silməyə məcbur edir ki, sanksiyalardan qaçsınlar.

Hindistan hakimiyyəti daha əvvəl də rəqəmsal nəzarəti gücləndirdiyinə görə tənqid olunub. 2024-cü ildə ölkədə 28 mindən çox internet bağlantısı bloklanıb, 2025-ci ildə isə minlərlə hesab, o cümlədən beynəlxalq media səhifələri bloklanıb.

Beynəlxalq təşkilatlar bildirirlər ki, yeni qaydalar “senzura infrastrukturu” yaradır və dövlətin müstəqil jurnalistikaya təsirini artırır. Onlar dəyişikliklərin ləğv edilməsini tələb edirlər.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
bizimyol.info

1Mənbələr