AZ

İtaliyada Azərbaycanlı yazıçı haqqında məqalə dərc olunub

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

İtaliyada tanınmış italyan yazıçısı Eliza Mascianın redaktoru olduğu "Nonsolo Poesia Arte" saytında Seyran Səxavətin "Daş evlər" romanı haqqında məqalə dərc olunub.

"Seyran Səxavətin " Daş evlər" romanında xronotop və sosial yaddaş kontekstində məkanın ontoloji semantikası" adlanan bu məqalə Belçikada "Atunis Poetry" saytında da yerləşdirilib.

Məqalənin müəllifi Təranə Turan Rəhimlidir.

Onu da qeyd edək ki, bu günlərdə yazıçı Seyran Səxavət Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin üzvlərinin qonağı olub, keçirilən tədbirdə "Daş evlər" romanını Birliyin üzvlərinə avtoqraf yazaraq hədiyyə edib.

Yeri gəlmişkən, 80 illik yubileyini yenicə qeyd etmiş tanınmış yazıçı ilə aprelin 24-də Bakı Dövlət Universitetində də görüş keçiriləcək.

S. Əhmədli, bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
bizimyol.info

1Mənbələr