AZ

İran tələb etdiyi təzminatın məbləğini – Açıqladı

“ABŞ və İsrailin həyata keçirdiyi hücumlar nəticəsində İrana ilkin olaraq təxminən 270 milyard dollarlıq ziyan dəyib”.

Bizim.Media xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində İran hökumətinin sözçüsü Fatma Mühacerani deyib.

Onun sözlərinə görə, müharibə dövründə müxtəlif bölgələrdə baş verən hücumlar nəticəsində infrastruktur, sənaye obyektləri və mülki yaşayış sahələrinə ciddi ziyan dəyib. Hazırda müvafiq qurumlar ziyanın dəqiq hesablanması üçün araşdırmaları davam etdirir.

Qeyd edilib ki, ilkin qiymətləndirmələrə əsasən, ümumi təzminat məbləği 270 milyard dollar civarındadır və yekun rəqəm daha sonra dəqiqləşdiriləcək.

Mühacerani təzminat hesablamalarına mülki infrastrukturla yanaşı, hücumlar nəticəsində həlak olan şəxslərin, o cümlədən, Minab bölgəsində məktəbə edilən hücumda həyatını itirənlərin də daxil edildiyini qeyd edib.

Xatırladaq ki, aprelin 8-də ABŞ və İran arasında 2 həftəlik atəşkəs əldə olunub. Tərəflər arasında ilk görüş aprelin 11-də İslamabadda keçirilsə də, bu müzakirələrdən hər hansı yekun nəticə hasil olmayıb.

Bizim.Media 

Seçilən
21
bizim.media

1Mənbələr