Regionlarda fəaliyyət göstərən kişi müəllimlər təhsil sisteminin inkişafında mühüm rol oynayan aparıcı qüvvələrdən biridir. Onlar yalnız bilik ötürən deyil, eyni zamanda şagirdlərin şəxsiyyət kimi formalaşmasına təsir göstərən nümunəvi fərdlərdir.
Müasir dövrdə müəllim peşəsinin məsuliyyəti daha da artmış, xüsusilə kişi müəllimlərin təhsil mühitində balansın qorunması, intizamın təmin edilməsi və sosial dəyərlərin aşılanmasında rolu ön plana çıxıb.
Maraqlıdır, ümumi orta təhsil müəssisələrində ümumilikdə neçə kişi müəllimi fəaliyyət göstərir?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Regional Təhsil İdarələrinə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, idarənin tabeliyində fəaliyyət göstərən məktəblərdə 4786 kişi müəllimi çalışır.
Bundan əlavə, Şəki-Zaqatalada 2094, Mil-Muğanda 1985,Quba-Xaçmazda 1825, Şərqi Zəngəzurda 1775, Qarabağda 1496, Mərkəzi Aranda 1199, Şirvan-Salyanda 1199, Qazax-Tovuzda 1197, Dağlıq Şirvanda 950 və Gəncə-Daşkəsəndə 949, Abşeron-Xızıda 881 nəfər olmaqla, regionlar üzrə minlərlə kişi müəllim fəaliyyət göstərir.