ABŞ Geoloji Xidmətinin məlumatına görə, Nevada ştatında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Publika.az xəbər verir ki, seysmoloqların məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 01:29-da, Silver Sprinqsdən 20,4 kilometr cənub-şərqdə baş verib. Zəlzələnin ocağı təxminən 10 kilometr dərinlikdə yerləşib.
Əvvəlcə zəlzələnin gücü 5,5 bal olaraq qiymətləndirilsə də, sonradan 5,7 bal gücündə qiymətləndirilib.
İtki və ya ziyan barədə hələ heç bir məlumat yoxdur.