Bu gün Azərbaycan II Liqasında XXII tura yekun vurulur.
Fanat.Az xəbər verir ki, turun ikinci günündə 3 matç baş tutacaq.
Əvvəlcə lider "Xankəndi" Bakıda "Dinamo"nu sınağa çəkəcək. Qarabağ təmsilçisi öz meydanında qalib gələrək üstünlüyünü artırmaqla yanaşı, əsas izləyicisi "Qaradağ Lökbatan"ın "Quba" ilə matçda xal itirməsinə ümid edəcək.
Nəhayət, turun daha bir görüşündə “Şəki Siti” ilə “Ağstafa Gəncləri” münasibətlərinə aydınlıq gətirəcəklər.
Qeyd edək ki, turun ötən gün baş tutan oyunlarında
"Araz Saatlı" evdə "Göygöl"ə uduzub (1:2).
“Ağdaş” öz meydanında “Kür-Araz”ı məğlub (1:0) edib.
"Şəmkir" - "Şirvan" matçının taleyini isə 1 qol həll edib. Şirvanlılar minimal hesabla qalib gələrək 3 xala sevinən tərəf olublar
Azərbaycan II Liqası
II tur
14 aprel
“Xankəndi” – “Dinamo”
Hakimlər: Ceyhun Hüseynov, Məmmədəli Kərimov, Ruslan Babayev, Hacıağa Həsənov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Azər Əsgərov
"Palms Sports Futbol Mərkəzi" (IV meydança), 13:00
“Qaradağ Lökbatan” – “Quba”
Hakimlər: Səbuhi Bayramov, Sevda Nuriyeva, Tural Bayramov, Rasim Musayev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Nəriman Axundov
Lökbatan. Olimpiya İdkan Kompleksinin stadionu, 16:00
“Şəki Siti” – “Ağstafa Gəncləri”
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Rizvan Süleymanov, Kamil Aydınov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu, 16:00