AZ

Meloni Trampla bağlı 2 ildir bunu etmirdi Sükutu pozdu

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İtaliyanın Baş naziri Giorgia Meloni ABŞ Prezidenti Donald Trampın Papa ilə bağlı çıxışını qınayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Nəşr bildirib ki, bu, Trampın 2024-cü ildə yenidən seçilməsindən bəri ilk dəfə birbaşa tənqid olub.

“Prezident Trampın Müqəddəs Ata haqqındakı şərhlərini qəbuledilməz hesab edirəm. Papa Katolik Kilsəsinin rəhbəridir və onun sülhə çağırması və bütün müharibə formalarını pisləməsi haqlıdır”, – deyə Meloni deyib.

Həmçinin Amerika liderinin açıqlamaları ənənəvi olaraq Trampı dəstəkləyən İtaliya sağçı siyasətçiləri tərəfindən pislənib.

Məsələn, İtaliya Baş nazirinin müavini və Liqa partiyasının lideri Matteo Salvini milyardlarla katolikin mənəvi liderinə edilən hücumların əsassız və yersiz olduğunu qeyd edib.

Əliyar Xəlil

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
7
globalinfo.az

10Mənbələr