AZ

150 200 manatlıq mallar 350 manata qalxıb

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Hörmüz boğazı ətrafında yaranan gərginliyin səngiməsi və nəqliyyat marşrutlarının yenidən açılması qlobal enerji bazarlarında müəyyən sabitlik siqnalları yaratsa da, bunun yerli bazarlara, xüsusilə avtomobil yağları və ehtiyat hissələrinin qiymətlərinə necə təsir edəcəyi hələ də müzakirə mövzusudur. Son aylarda logistika xərclərinin artması, idxalın çətinləşməsi və valyuta amilləri bu sahədə ciddi bahalaşmaya səbəb olmuşdu.Mövzu ilə bağlı fikirlərini bölüşən avtomobil üzrə ekspert Elgiz Mehdiyev Demokrat.az-a deyib ki, maşınların 40-50%-i Səudiyyə Ərəbistanı və Dubaydan gəlir:“Buna səbəb isə bu bir neçə ay ərzində yaranan dayanma və logistika problemləridir. Bizim ətrafımızda işlənmiş ehtiyat hissələri satanların böyük hissəsi oradan mal gətirir. Orada nə qədər mallar yığılıb qalıb, amma həmin məhsullar gəlmir. Bizim hazırda işlədiyimiz ehtiyat hissələrinin təxminən 90%-i işlənmiş hissələrdir. Ona görə də bu mallar gəlmədikcə, 150-200 manatlıq məhsullar məcburən 300-350 manata qalxıb. Süveyş kanalının bağlanmasının ən böyük ziyanlarından biri də avtomobil bazarına təsiridir. Avtomobil bazarının 40-50%-i İran üzərindən gəlir. İstər satış, istər ehtiyat hissələri, hətta təzə məhsullar və yağlar belə əsasən həmin istiqamətdən gəlir. Məsələn, Koreyadan və Çindən gələn mallar Türkiyə, Yunanıstan və Gürcüstan üzərindən keçəndə vergi xərcləri çox yüksək olur. Dubay üzərindən gələndə isə vəziyyət fərqli olur. Çox adam bu səbəbdən həmin marşrutu seçir. Bir az gec gəlsə belə, vergi xərcləri az olduğuna görə məhsullar daha ucuz başa gəlir”.O bildirib ki, ona görə də bu logistik problemlər bizə ciddi təsir edir:“Məsələn, özümə belə bəzi yağlar hələ də gəlib çatmayıb, gözləyirəm. Avropa istehsalı olan yağlar var ki, Dubay üzərindən gəlir. Çünki Almaniyadan birbaşa gələndə üzərinə düşən vergi başqa olur, amma Niderlanddan və ya Belçikadan Dubay vasitəsilə gələndə vergi sistemi fərqli tətbiq olunur. Elə Avropadan gələn ehtiyat hissələrinin bir qismi də Dubay və Səudiyyə Ərəbistanı üzərindən ölkəyə daxil olur. Orada vergi yükü daha az olduğuna görə bu yol daha çox seçilir”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
demokrat.az

1Mənbələr