AZ

Rəqibinə təpik atdı, HƏBS OLUNDU

Futbol üzrə Mardin Super Həvəskar Liqasında xoşagəlməz hadisə baş verib.

Apasport.az xəbər verir ki, bu, “Derikspor”la “Kızıltepe 47 Sport” komandaları arasında keçirilən matçda yaşanıb.

Belə ki, oyunun baş hakimi “Derikspor”un lehinə təyin edib. Beşir Dağlık 11 metrlik cərimə zərbəsindən dəqiq olub.

Qoldan sonra rəqib futbolçu Sadat Korul futbolçulara hücum çəkib. Öncə Yusuf Çiftçinin dizinə, yıxıldıqdan sonra isə başına təpik atıb.

Korul qırmızı vərəqə ilə cəzalandırılın, Çiftçi isə xəstəxanaya yerləşdirilib.

Matçdan sonra istintaq prosesinə start verilib. Nəticədə Korul həbs olunub.

Çiftçinin isə almacıq sümüyü qırılıb. Onun müalicəsi davam edir.

İspaniyalı yarımmüdafiəçi "Barselona"dan ayrıla bilər

"Yunayted" onunla bağlı qərarını verdi

"Qalatasaray" Premyer Liqadan futbolçu istəyir

"Tottenhem"də ciddi itki

Argentinalı müdafiəçi "Fənərbaxça" yolunda: Razılıq əldə olunub

Seçilən
24
3
apasport.az

5Mənbələr