futbolpress-az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Misli Premyer Liqasında mövsümün sonuna altı tur qalıb.
Turnir cədvəlinin sonuncusu “Karvan-Yevlax” “Kəpəz”ə qalib gəlməklə liqada qalmaq ümidlərini cücərtdi. 11-ci pillədəki “Qəbələ”dən 8 xal geri qalan yevlaxlılar şanslarını davam etdirməkdədir.
Çempionatı 11-ci sırada bitirən komanda I Liqanın 2-cisi ilə pley-off oynayacaq. İstənilən halda, Premyer Liqadan pley-offa gedən komanda cütün favoritidir və elitada qalmağa daha yaxın olacaq.
“Karvan-Yevlax”:
28-ci tur: “Şamaxı”
29-cu tur: “Sabah”
30-ci tur: “Neftçi”
31-ci tur: “Turan Tovuz”
32-cü tur: “Qəbələ”
33-cü tur: “İmişli”
Təqvim autsayderin nə lehinədir, nə əleyhinə. “Şamaxı”, “Qəbələ”, “İmişli” kimi komandalarla oyunlarda qazanılacaq qələbə pley-off yolunu aça bilər. Lakin vəziyyət elədir ki, Yevlax klubu özünün qazanmasıyla yanaşı, “Qəbələ”nin də xal itirməsini gözləməlidir.
“Qəbələ”də isə hər şey özündən asılıdır. 8 xallıq fərq var və bu fərqin qapanması, “qırmızı-qaralar”ın sonuncu sıraya geriləməsi klub adına faciəvi mövsüm sayılacaq.
“Qəbələ”:
28-ci tur: “Sumqayıt”
29-cu tur: “Araz-Naxçıvan”
30-cu tur: “Zirə”
31-ci tur: “Qarabağ”
32-ci tur: “Karvan-Yevlax”
33-cü tur: “Şamaxı”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.