AZ

Burak Yılmaz yenə istefa verdi


Türkiyənin “Qaziantep” klubunun baş məşqçisi Burak Yılmaz “Çaykur Rizespor”la oyundan sonra (2:1) istefa verdiyini açıqlayıb.
Yeniavaz.com
“Haberler.com”a istinadla xəbər verir ki, Super Liqanın 29-cu turunda “Çaykur Rizespor” və “Qaziantep” klubları üz-üzə gəlib. “Çaykur Didi” stadionunda keçirilən görüş “Çaykur Rizəspor”un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
40 yaşlı mütəxəssis bu addımını həm şəxsi səbəblər, həm də Türkiyə futbolunda mövcud olan problemlərlə əlaqələndirib.
Qeyd edək ki, Burak Yılmaz bu mövsüm ikinci dəfə “Qaziantep” klubunun baş məşqçisi vəzifəsindən istefa verib. İlk istefasından sonra o, iki gün sonra kluba qayıdıb.
Seçilən
27
yeniavaz.com

1Mənbələr