AZ

Alimlər ağacı günəş enerjisi toplayıcısına çevirdilər

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Alimlər günəş enerjisinin toplanması və saxlanılması sahəsində diqqətçəkən yeniliyə imza atıblar. Aparılan tədqiqat nəticəsində adi ağac materialı günəş işığını udaraq enerjini istilik formasında saxlayan və gün batdıqdan sonra belə elektrik enerjisi istehsal edə bilən innovativ platformaya çevrilib.Demokrat.az xəbər verir ki, tədqiqatda əsas material kimi yüngül və təbii mikrokanel sisteminə malik balza ağacından istifadə olunub. Alimlər əvvəlcə ağacın strukturundan liqnin maddəsini çıxararaq onun məsaməliliyini artırıblar. Daha sonra bu kanalların divarları geniş spektrdə işığı effektiv şəkildə udan ultranazik qara fosforen təbəqəsi ilə örtülüb. Həssas materialın havada dağılmasının qarşısını almaq üçün isə o, tanin turşusu və dəmir ionlarından ibarət qoruyucu örtüklə mühafizə edilib.Həmçinin oxu:

Uzunömürlü qafqazlıların tək ortaq nöqtəsi var: Hər gün bu çərəzdən yeyiblər

Ən ağıllı kişilər bu bürcdə doğulurlar

'Çayçı Hüseyn'in dostu Şükrü indi görün nə işlə məşğul olurİşığın udulmasını daha da gücləndirmək məqsədilə struktura gümüş nanohissəcikləri əlavə olunub və səth yüksək su itələyici xüsusiyyətlə təmin edilib. Kanalların içərisi isə faza dəyişən material olan stearin turşusu ilə doldurulub. Bu maddə qızdırıldıqda əriyərək istiliyi saxlayır, soyuduqda isə onu geri buraxır və beləliklə enerji yığımı təmin edilir.Tədqiqatın nəticələrinə görə, hazırlanmış sistem günəş enerjisinin təxminən 91,27%-ni faydalı istiliyə çevirə, 175 kJ/kq həcmində enerji saxlaya və termoelektrik generatora qoşulduqda 0,65 volt gərginlik yarada bilir. Həmçinin material 100 dəfə qızdırılıb soyudulduqdan sonra belə effektivliyini qoruyub saxlayıb.Alimlər bildirirlər ki, bu yeni “ağıllı” ağac platforması odadavamlılıq, rütubətə davamlılıq, antibakterial xüsusiyyətlər və çirklənməyə qarşı dayanıqlılıq kimi əlavə üstünlüklərə də malikdir. Bu səbəbdən materialın gələcəkdə günəş energetikası ilə yanaşı, elektronika, tikinti materialları və avtonom enerji sistemlərində geniş tətbiq olunacağı gözlənilir.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
demokrat.az

1Mənbələr