Ölkənin ən böyük özəl banklarından biri olan "Xalq Bank" 2026-cı ilin I rübünün maliyyə göstəricilərini açıqlayıb.
"Unikal" xəbər verir ki, hesabat dövrünün sonuna Bankın aktivləri 3,021 mlrd manat təşkil edib. Qeyd olunan tarixə Bankın kredit portfelinin həcmi (digər maliyyə institutları daxil) 1,880 mlrd manat, depozitlərin həcmi ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 9.7 % artaraq 2.075 mlrd manat təşkil edib.
2026-cı ilin I rübünün sonuna Bankın cəmi kapitalı ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 6.1 % artaraq 550,7 mln manat, xalis mənfəəti 9,4 mln manat təşkil etmişdir.