
İran İslamabadda ABŞ ilə apardığı danışıqlarda uranın zənginləşdirilməsini beş il müddətinə dayandırmaq təklifi ilə çıxış edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti İran və ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Tehran oxşar təklifi fevralda Cenevrədə keçirilən danışıqlarda da səsləndirmişdi, lakin həmin görüşdən sonra ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyata başlamaq qərarı vermişdi. Pakistan görüşü zamanı isə ABŞ İrana uranın zənginləşdirilməsinə 20 illik moratorium tətbiq etməyi təklif edib.
Qəzet hesab edir ki, nüvə proqramının dayandırılması müddətlərinin müzakirə edilməsi tərəflərin razılığa gəlmək şansının olduğunu göstərir. Ağ Ev nümayəndələri yeni danışıqlar raundunun keçirilməsinin müzakirə edildiyini, lakin hələlik konkret razılaşmanın olmadığını bildiriblər. Daha əvvəl Axios portalının verdiyi məlumata görə, Tehran danışıqlarda uranın zənginləşdirilməsinin 10 ildən az müddətə dondurulmasını nəzərdə tutan təşəbbüslə çıxış etmişdi.
Məryəm Quliyeva