ABŞ ilə İran arasında müvəqqəti atəşkəsdən sonra 11 apreldə keçirilən görüşlərdən nəticə alınmaması nəticəsində tərəflərin heyətlərinin növbəti əyani görüşünün cümə axşamı keçirə biləcəyi iddia edilib.
"Cebheinfo.az" xəbər verir ki, "Associated Press"-ə (AP) danışan və adının açıqlanmasını istəməyən ABŞ-li rəsmilər müvəqqəti atəşkəs müddəti bitməmiş görüşmək niyyətində olduqlarını bildiriblər.
Rəsmilər yeni bir görüşün keçirilməsinə dair prosesin davam etdiyini və hər iki tərəfin buna meyilli olduğunu irəli sürübər. Danışıqlarda iştirak edəcək heyətlərin kimlərdən ibarət olacağı barədə məlumat verilməyib.
Görüşlərin yenə Pakistanın paytaxtı İslamabadda keçirilə biləcəyi, lakin İsveçrənin Cenevrə şəhərinin də ehtimallar daxilində olduğu qeyd edilib. Müzakirələrin cümə axşamı baş tuta biləcəyini iddia edilir.
ABŞ Prezidenti Donald Tramp dünən Ağ Ev qarşısında mətbuat nümayəndələrinə verdiyi açıqlamada İranla yeni bir razılaşmanın hələ də mümkün olduğuna işarə edib: "İranla bir çox məsələdə razılaşdıq, amma nüvə mövzusunda razılığa gəlmədik, lakin məncə, bunu da qəbul edəcəklər. Bundan əminəm. İran nüvə silahına sahib ola bilməz. Əgər bunu qəbul etməsələr, razılaşma olmaz".
İran tərəfinin zəng etdiyini və razılığa gəlmək istədiklərini irəli sürən Tramp kimlərlə görüşdüklərini paylaşmayıb.