AZ

AzMİU-da keçirilən elmi seminar elektromobillər və batareyaların gələcəyinə işıq saldı (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Fizika vəkimya kafedrasının təşkilatçılığı ilə keçirilən elmi-metodikiseminar bu dəfə müasir dünyanın ən aktual mövzularından birinə –batareyalar və elektrokimyəvi proseslərə həsr olunub.

Seminarda çıxış edən professor Nəbi Babayev “Elektrokimyəviproseslər. Qalvanik elementlər. Batareyalar” mövzusunda məruzə iləçıxış edərək elektrokimyanın gündəlik həyatımızdakı rolunu genişşəkildə izah edib. Xüsusilə qeyd olunub ki, bu sahə artıq yalnıznəzəri elm deyil, həm də texnologiyanın, enerji təhlükəsizliyininvə ekoloji dayanıqlığın əsas istiqamətlərindən birinə çevrilib.

Seminar zamanı qalvanik elementlərin iş prinsipi sadə vəanlaşıqlı formada izah olunub, müxtəlif növ batareyaların quruluşuvə tətbiq sahələri barədə məlumat verilib. Bildirilib ki, müasirdövrdə geniş istifadə olunan litium-ion batareyalar yalnız smartfonvə noutbuklarda deyil, həm də elektromobillərin əsas enerjimənbəyidir.

Məruzədə xüsusilə elektromobillərin sürətlə yayılması fonundabatareya texnologiyalarının əhəmiyyətinin daha da artdığıvurğulanıb. Qeyd olunub ki, gələcəyin nəqliyyat sistemi məhz enerjisaxlama texnologiyalarının inkişafından birbaşa asılıdır.Batareyaların tutumunun artırılması, daha sürətli enerji yığımı vəuzunömürlülük kimi məsələlər bu sahədə aparılan elmi tədqiqatlarınəsas istiqamətlərini təşkil edir.

Professor Nəbi Babayev çıxışında, həmçinin alternativ enerjimənbələri ilə inteqrasiya olunan yeni nəsil batareyalarınhazırlanmasının vacibliyinə diqqət çəkib. Günəş və külək enerjisikimi bərpa olunan mənbələrin effektiv istifadəsi üçün yüksəktutumlu və dayanıqlı enerji saxlanma sistemlərinə ehtiyac olduğuqeyd edilib.

Seminar iştirakçıları mövzu ətrafında fəal müzakirələr apararaqelektromobillərin Azərbaycanda tətbiqi, enerji infrastrukturu vəgələcək perspektivlər barədə fikir mübadiləsi aparıblar.

Mütəxəssislərin fikrincə, bu kimi elmi-metodiki seminarlaryalnız akademik biliklərin artırılmasına deyil, eyni zamandauniversitetlərin müasir texnoloji çağırışlara cavab verən kadrlarhazırlamasına mühüm töhfə verir. AzMİU-da keçirilən bu seminar dabir daha göstərdi ki, enerji və nəqliyyatın gələcəyi məhz elm vəinnovasiyanın inkişafından keçir.

AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
Seçilən
24
2
az.trend.az

3Mənbələr