AZ

Narkotik testi pozitiv çıxan aktrisalar FOTOLAR

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Türkiyə şou-biznesində son ayların ən böyük səs-küyü narkotik əməliyyatları ilə bağlıdır. İstanbul polisinin keçirdiyi genişmiqyaslı reydlər zamanı bir çox məşhur sima saxlanılıb. Aparılan laboratoriya analizləri nəticəsində bəzi tanınmış aktrisaların test nəticələrinin müsbət çıxması pərəstişkarlarını məyus edib.Demokrat.az bildirir ki, aktrisa Ezgi Eyüboğlu narkotik testi pozitiv çıxan məşhurlar arasındadır. O, hadisədən sonra verdiyi ilk açıqlamada evində heç bir qadağan olunmuş maddənin tapılmadığını bildirsə də, tibbi analizlər əksini göstərib. Eyni əməliyyat çərçivəsində saxlanılan Melisa Döngel və İrem Sakın da testlərinin müsbət nəticələndiyi rəsmiləşib.Müğənniliklə yanaşı son dövrlər aktrisalıq fəaliyyəti ilə də gündəmə gələn Aleyna Tilki də bu siyahıda yer alıb. Onun saç nümunələrində narkotik maddənin izləri aşkar edilib. Sənətçinin hüquq müdafiəçiləri bu vəziyyətin qəsdən istifadə deyil, tüstülü mühitdə qalmaqdan qaynaqlandığını iddia ediblər.Aprel ayının əvvəlində reallaşan sonuncu dalğada isə Hafsanur Sancaktutan və Serra Pirinç ifadələri alınmaq üçün polis idarəsinə aparılıblar. Onlardan qan və saç nümunələri götürüldükdən sonra sərbəst buraxılıblar. Hazırda istintaq orqanları digər məşhurların da iştirakı ilə bağlı araşdırmaları davam etdirir.

 

İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
demokrat.az

1Mənbələr