ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Aprel ayı üzrə bölgələrdə yaşayan vətəndaşların pensiya ödənişlərinin vaxtı açıqlanıb.Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə rayon qeydiyyatında olan şəxslər aprelin 21-dək vəsaitlərini ala biləcəklər. Bakı və Sumqayıt şəhərləri ilə yanaşı Abşeron rayonunda yaşayan pensiyaçılar üçün isə ödəniş günü aprelin 14-nə təyin edilib.Vətəndaşlar təyin olunmuş tarixlərdən etibarən bank kartları vasitəsilə vəsaitlərini çıxarmaq imkanı qazanacaqlar. Ödənişlərin qeyd olunan müddət ərzində tam yekunlaşdırılması planlaşdırılır. Hazırda sistem üzrə hazırlıq işləri aparılır və bankomatlarda sıxlığın yaranmaması üçün proses nəzarətdə saxlanılır.(metbuat.az)Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.