
Bu gün UEFA Çempionlar Liqası çərçivəsində yarımfinala yüksələcək ilk komandalar müəyyənləşəcək.
Yeniavaz.com xəbər verir ki, bu, 1/4 final mərhələsinin cavab qarşılaşmalarından sonra dəqiqləşəcək.
Günün proqramına iki maraqlı oyun daxildir. İspaniya təmsilçilərinin duelində “Atletiko Madrid” öz meydanında “Barselona” ilə qarşılaşacaq. İlk oyunda səfərdə 2:0 hesablı qələbə qazanan Madrid klubu üstün vəziyyətdədir.
Digər matçda isə “Liverpul” doğma azarkeşləri önündə “Paris Saint-Germain” ilə üz-üzə gələcək. Parisdə keçirilən ilk görüşdə Fransa təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.
1/4 finalın cavab oyunları çərçivəsində bu qarşılaşmalar bu gün saat 23:00-da start götürəcək.