AZ

İrana hər gün 30 40 milyon zərər dəyir Təkcə buna görə

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"İnternet kəsintisindən gündəlik birbaşa ziyan 30-40 milyon dollar, dolayı ziyan isə təxminən 70-80 milyon dollardır".

Bunu İran Ticarət Palatasının İnformasiya Əsaslı İqtisadiyyat Komissiyasının rəhbəri Afşin Kolahi bildirib.

Başqa bir adı açıqlanmayan İran rəsmisi isə sözügedən zərərin gündə 2 elektrik stansiyasının dəyərinə bərabər olduğunu deyib.

Qüyd edək ki, İranda internet bağlantısı ilk dəfə 28 dekabr 2025-ci ildə, iqtisadi problemlər səbəbindən yaranan və rejim əleyhinə nümayişlərə çevrilən küçə etirazlarından sonra bir aydan çox müddətə kəsilmişdi. Hazırda isə İran 28 fevralda ABŞ-İsrail hücumlarının başlamasından bəri 46 gündür ki, beynəlxalq internet bağlantısından məhrumdur.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
azpolitika.info

1Mənbələr