Bu ilin yanvar-fevral aylarında ölkədən 7,8 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 56,8 faiz artıb.
Cari ilin ilk iki ayında bu məhsulun ümumi ixracda xüsusi çəkisi 0,21 faizə bərabər olub.